Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) dekabrın 17-dən etibarən Azərbaycanın daha 3 müəssisəsinə Rusiyaya pomidor və alma tədarük etməyə icazə verib.
"APA-Economics"in "Rosselxoznadzor"a istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.
Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 141 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.
Bu günədək Azərbaycanın 214 müəssisəsindən və 1 kooperativdən pomidor, 79 müəssisədən isə Rusiyaya alma ixracına icazə verilib.