Britaniya südçülüklə bağlı təcrübəsini Azərbaycanla paylaşacaq

Britaniya südçülüklə bağlı təcrübəsini Azərbaycanla paylaşacaq
# 07 dekabr 2023 16:25 (UTC +04:00)

Birləşmiş Krallıqla Azərbaycan arasında davamlı südçülük təsərrüfatı üzrə əməkdaşlığın inkişaf etdirilməsi və Birləşmiş Krallıq tərəfindən süd emalı üzrə nou-haunun paylaşılması ilə bağlı razılıq əldə olunub.

Bu barədə “APA-Economics” Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokoluna istinadən xəbər verir.

Bundan başqa, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Krallığın Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri Departamenti (DEFRA) arasında iribuynuzlu heyvanların sperma və embrionları üçün İxrac Sağlamlıq Sertifikatlarının təsdiqi ilə bağlı gələcək kommunikasiyanın asanlaşdırılması məsələsi də protokolda əksini tapıb.

Qeyd edək ki, dekabrın 7-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR