Bu il 30 min tona yaxın ərzaqlıq buğda tədarük olunub

Bu il 30 min tona yaxın ərzaqlıq buğda tədarük olunub
# 27 iyul 2023 15:18 (UTC +04:00)

Bu il 18 rayonda 28 təsərrüfatla 22,4 min hektar pivotaltı sahənin 22 min hektarında (98,1%) biçin aparılaraq 111,8 min ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 50,1 sentner olub.

APA-Economics” Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, hazırda ərzaqlıq buğdanın dövlət tədarükü prosesi davam edir.

Bugünədək tədarük məntəqələrinə 29,8 min ton ərzaqlıq buğda təhvil verilib ki, bunun da 253 tonunu 1-ci sinif, 12,2 min tonunu 2-ci sinif və 17,3 min tonunu isə 3-cü sinif ərzaqlıq buğda təşkil edir. Hazırda sahələrdən yığılmış ərzaqlıq buğdanın tədarükü ilə bağlı işlər davam etdirilir.

Keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti cari il üçün 450 manat müəyyən edilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR