Bu il Azərbaycandan ən çox ixrac edilən üç məhsul bəlli olub

Bu il Azərbaycandan ən çox ixrac edilən üç məhsul bəlli olub
# 03 aprel 2024 10:24 (UTC +04:00)

2024-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (34,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (33,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (30 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayına əsasən xəbər verir ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində Rusiya Federasiyasına 154,4 milyon ABŞ dolları, Türkiyəyə 97,3 milyon ABŞ dolları, Gürcüstana 42,9 milyon ABŞ dolları, Ukraynaya 18,2 milyon ABŞ dolları, Qırğızıstana isə 18,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Cari ilin fevral ayının qeyri-neft ixracı 233 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 25% artımla 66,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 166,3 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (78,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (49,7 milyon ABŞ dolları) ikinci və Gürcüstan (17,8 milyon ABŞ dolları) üçüncü olub.

2024-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (23 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (13,4 milyon ABŞ dolları) ikinci və ilkin formalı propilen sopolimerləri (13,2 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac icmalı”nda göstərilib ki, 2024-cü ilin yanvar-mart ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 59,3 milyon ABŞ dolları, mart ayında isə 25 milyon ABŞ dolları olub.

2024-cü ilin yanvar-fevral ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “My Fruit” MMC, “P-Aqro” MMC, Muradova Sahibə Səlimət qızı, “Soil Boons” MMC, “STP Global Cable” MMC, “Technopack” MMC, “Ümüd 059” MMC, “Mors Trading” MMC, “Gözəl Təbiət” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR “Dövlət Energetika Xidməti” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR