Bank Of Baku

Daxili bazarın ərzaq məhsullarıyla təchizatı diqqət mərkəzində olacaq

Əli Əsədov,  Baş nazir

© APA | Əli Əsədov, Baş nazir

# 19 fevral 2022 16:38 (UTC +04:00)

Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının 17-18 fevral tarixlərində keçirilən növbəti iclasında minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçılarının risklərinin azaldılması istiqamətində tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, iclasda əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının tənzimlənməsi məsələsi nəzərdən keçirilib.

Eyni zamanda bu məhsullarla özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar geniş müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR