Özəl sektorun investisiyasından xüsusi ilə kənd təsərrüfatında, iqlim dəyişikliyi ilə mübarizədə, ağıllı kənd təsərrüfatı layihələrinin həyata keçirilməsində istifadə etmək olar.
“APA-Economics”in xəbərinə görə, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes deyib.
O bildirib ki, hazırda Beynəlxalq Maliyyə Korporasiyası karbon emissiyalarının azaldılması istiqamətində Azərbaycana dəstək verir.
“Azərbaycan istixana emissiyalarının azaldılması istiqamətində son illər mühüm addımlar atıb”, - deyə o vurğulayıb.