Bank Of Baku

“Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans keçirilib
# 10 fevral 2023 16:30 (UTC +04:00)

Bu gün İqtisadiyyat Nazirliyinin inzibati binasında “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans keçirilib.

APA-Economics” xəbər verir ki, tədbirə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, millət vəkilləri, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, sahibkarların ictimai birliklərinin nümayəndələri, iş adamları və media təmsilçiləri qatılıblar.

Tədbiri açan Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli çıxış edərək bildirib ki, ölkədə vergi sahəsində vahid qanunvericilik bazasının yaradılması, vergi administrasiyasının modernləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi sayəsində vergi siyasətinin güclü və səmərəli mexanizmləri formalaşdırılıb.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 20 il ərzində əsaslı modernizasiya prosesi keçib. Nazir qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəflərini açıqlayıb. O, bu hədəflərin, ilk növbədə, iqtisadi təşviq əsasında reallaşdırılacağını vurğulayıb.

Konfrans işini “Heydər Əliyevin müasir vergi sisteminin formalaşdırılmasında rolu və iqtisadi siyasət sahəsində fəaliyyəti”, “Müasir vergi siyasəti: biznes-dövlət münasibətləri və beynəxalq trendlər” və “İşğaldan azad edilmiş ərazilərin bərpası: vergi siyasəti təşviq aləti kimi” mövzularında sessiyalarla davam etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR