İsrail Azərbaycan və Özbəkistanla buğda istehsalına dair müqavilə imzalayıb

İsrail Azərbaycan və Özbəkistanla buğda istehsalına dair müqavilə imzalayıb
# 13 sentyabr 2023 12:22 (UTC +04:00)

İsrail Azərbaycan və Özbəkistanla buğda yetişdirilməsi və istehsalı üzrə müqavilə imzalayıb.

APA-Economics” Türkiyə mətbuatının yaydığı məlumata istinadən xəbər verir ki, İsrail Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında razılaşmanın Azərbaycan və Özbəkistana olan rəsmi səfərlərdən sonra baş tutduğu bildirilir.

Müqavilə suvarma, torpağın məhsuldarlığının saxlanılması və bitki mühafizəsi sahələri daxil olmaqla, İsrailin buğda istehsalında tətbiq etdiyi bilik və texnologiyanı Azərbaycan və Özbəkistanla paylaşmasını özündə ehtiva edir.

Qeyd edək ki, İsrailin müqaviləni imzalamaqda məqsədi ölkənin buğda təhlükəsizliyini təmin etməkdir. Oxşar müqavilələrin Avropa və Afrika da təşviq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR