Nasar Hayat: Gənclərin kənd təsərrüfatına inteqrasiyasında problemlər var

Nasar Hayat: Gənclərin kənd təsərrüfatına inteqrasiyasında problemlər var
# 22 noyabr 2023 10:30 (UTC +04:00)

Hazırda gənc nəsillərin kənd təsərrüfatına inteqrasiyasında problemlər var. Nənə-babalar bu ənənələri gənclərə ötürə bilmirlər. Gənclər düşünür ki, İT və digər sahələrdə çalışmaqla daha çox pul, gəlir əldə edə bilərlər.

Bunu “APA-Economics”ə müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi-nin (FAO) rəhbəri Nasar Hayat deyib.

O bildirib ki, gənclər bu məsuliyyəti nənə-babalarından, yaşlı nəsildən alaraq mənimsəməlidir: “Düşünürəm ki, gənclərin kənd təsərrüfatından uzaqlaşmasının iki səbəbi var: bu sahədə günün tələblərinə cavab verən inkişafın olmaması və kənd təsərrüfatının gəlirli olmaması”.

Nasar Hayat bildirib ki, bunun üçün əsas hədəflərdən biri kənd təsərrüfatını daha gəlirli sahəyə çevirməkdir: “Yalnız bu yolla biz gəncləri kənd təsərrüfatına cəlb edə bilərik. Çünki gənclər sırf iş tapmaq, işləmək, daha çox qazanmaq üçün böyük şəhərlərə axın edirlər. Bakıda əhali sayı günü-gündən artır və şəhər idarəolunmaz həddə çatır”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR