Nasar Hayat: Suya tələbatı az olan sahələr inkişaf etdirilməlidir

Nasar Hayat: Suya tələbatı az olan sahələr inkişaf etdirilməlidir
# 22 noyabr 2023 10:27 (UTC +04:00)

Daha az su tələb edən kənd təsərrüfatı sahələrini inkişaf etdirməliyik. Səmərəliliyə və daha keyfiyyətli məhsula nail olmaq üçün çoxlu araşdırmalar aparılmalıdır. Lakin bu o demək deyil ki, biz susuz məhsul istehsal edə bilərik.

Bunu “APA-Economics”ə müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi-nin (FAO) rəhbəri Nasar Hayat deyib.

O bildirib ki, suyu israf etmədən də yüksək məhsuldarlıq əldə edə bilərik: “Təkcə kənd təsərrüfatında su israfının qarşısını almaqla kifayət qədər suya qənaət etmiş olarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR