Bank Of Baku

Nataliya Qavrilitsa: "Aqrar sənayenin inkişafı üçün investorlar axtarışındayıq"

Nataliya Qavrilitsa: "Aqrar sənayenin inkişafı üçün investorlar axtarışındayıq"
# 11 oktyabr 2022 14:45 (UTC +04:00)

Moldova kənd təsərrüfatı sənayesinin inkişafı üçün investorlar axtarışındadır. Bununla bağlı Azərbaycan hökumət nümayəndələri ilə müzakirələrimiz olub.

"APA-Economics" xəbər verir ki, bunu Moldovanın baş naziri Nataliya Qavrilitsa jurnalistlərə açıqlamasında deyib. "Biz Azərbaycan hökuməti ilə təkcə enerji deyil, digər sahələri də müzakirə etmişik. Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla məhsuldar müzakirələrimiz olub. Bununla yanaşı, bizim yerli iş adamları ilə də görüşümüz olub", - deyə N.Qavrilitsa əlavə edib.

O bildirib ki, iki ölkə arasında potensial inkişaf istiqamətləri mövcuddur: "Biz ikitərəfli ticarət əlaqələrimizi inkişaf etdirməliyik. Hazırda enerji resurslarımızı şaxələndirmə prosesindəyik. Biz məmnunuq ki, artıq bəzi sahələrdə uğurlu nəticələrimiz var. Məsələn, Azərbaycandan gübrə idxal etməyə başlamışıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR