Naxçıvanda 1700-dən çox fermerə yazlıq əkin üçün subsidiya verilib

Naxçıvanda 1700-dən çox fermerə yazlıq əkin üçün subsidiya verilib
# 12 sentyabr 2023 20:53 (UTC +04:00)

Naxçıvanda 1702 kənd təsərrüfatı məhsulları istehsalçısına yazlıq əkin üçün subsidiya verilməsinə başlanılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Aqrar Subsidiya Şurasının keçirilən növbəti iclasında bildirilib.

İclasın gündəliyində duran məsələ kənd təsərrüfatı məhsulları istehsalçılarına yazlıq ǝkinlər üzrə nəzərdə tutulan subsidiya məbləğinin 25 fazinin ödənilməsi olub. Qeyd olunub ki, ötən dövrdə yaz əkinləri üçün subsidiya almaq məqsədilə təqdim olunan sənədlərin araşdırılması zamanı bir sıra nöqsanlar aşkarlanıb. Buna baxmayaraq keçid dövrü nəzərə alınıb, istehsalçılar subsidiyadan məhrum edilməyiblər.

Qeyd edilib ki, artıq növbəti mövsümdə sənədləri düzgün formalaşdırılmayan, torpaqları analiz edilməyən təsərrüfat sahiblərinə subsidiyalar verilməyəcək. Subsidiyalarla bağlı sənədləşdirmə məsələlərində bundan sonra rayon, şəhər icra hakimiyyəti orqanları ile birlikdə Naxçıvan, Şərur və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri də müvafiq tənzimləmələr aparacaq, istehsalçılara bu istiqamətdə dəstək göstərəcəklər.

Sonra müzakirələr aparılıb, muxtar respublika üzrə 1702 nəfər kənd təsərrüfatı mahsulları istehsalçıları tərəfindən 1918,825 hektar sahədə aparılan yaz əkinləri üçün, ümumilikdə, 93927,40 manat məbləğində subsidiya verilməsi müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR