Bank Of Baku

Naxçıvanda dəyəri 11,8 mln. manatdan çox olan aqrar avadanlığa güzəşt tətbiq edilib

Naxçıvanda dəyəri 11,8 mln. manatdan çox olan aqrar avadanlığa güzəşt tətbiq edilib
# 06 aprel 2022 10:26 (UTC +04:00)

“Naxçıvan Aqrolizinq” ASC tərəfindən ümumilikdə 1180 sahibkara lizinqə verilən aqrar texnikalara görə 11,841 mln. manat dəyərində güzəşt tətbiq edilib.

APA-Economics” xəbər verir ki, ASC tərəfindən fəaliyyəti dövründə 3471 texnika və texnoloji avadanlıqlar alınıb, onlardan 2,9 mini sahibkarlara lizinqə verilib.

Hazırda ASC-nin bazasında 473 texnika və avadanlıq mövcuddur. 2021-ci ildə və cari ilin üç ayı ərzində 184 müxtəlif kənd təsərrüfatı avadanlığı lizinq yolu ilə kiçik ailə təsərrüfatı sahiblərinə verilib.

Bununla yanaşı ötən il - 327, bu ilin ötən dövründə isə sahibkarların sifarişləri əsasında 138 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. 2021-ci ildə alınan texnikalardan 249-u lizinqə, 97-si nağd, 2022-ci ildə isə 32-si lizinqə, 2-si isə nağd olmaqla, ümumilikdə, 380 texnika və texnoloji avadanlıqlar sahibkarlara təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR