Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında dəyəri 152,7 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 13 978,3 ton, süd istehsalı 51 907,8 ton olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,9%, süd istehsalı isə 1,5% artıb.
Hesabat dövründə, kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 8,86 mln. manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 1,9% çoxdur.