Niyazi Səfərov: Suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir

Niyazi Səfərov: Suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir
# 29 noyabr 2023 11:52 (UTC +04:00)

Azərbaycanda 2025-ci ilədək ortamüddətli, 2030-cu ilədək isə uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarınln tikilməsi, alternativ sulardan istifadənin genişlındirilməsi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir.

APA-Economics”in xəbərinə görə, bu barədə Dünya Bankının “Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat”ın təqdimatında İqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov deyib.

O bildirib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal miqyasda öz töhfəsini verməkdədir.

N.Səfərovun sözlərinə görə, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, eləcə də çirklənmiş ərazilərin təkrar emalı və rekultivasiyası istiqamətində müvafiq işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR