Ölkədə ət və süd istehsalı artıb

Ölkədə ət və süd istehsalı artıb
# 15 aprel 2024 12:51 (UTC +04:00)

2024-cü ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 139,2 min ton ət, 504,5 min ton süd, 571,7 milyon ədəd yumurta istehsal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, cari ilin 3 ayında 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,6 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,2 faiz artıb.

Bundan başqa, iribuynuzlu mal-qaranın da sayı açıqlanıb. DSK-nın məlumatına görə, 2024-cü il aprelin 1-i vəziyyətinə ölkə üzrə 7206,0 min baş qoyun və keçi, 2512,8 min baş iribuynuzlu mal-qara, o cümlədən 1238,8 min baş inək və camış, 4965,0 baş donuz mövcud olub.

“İribuynuzlu mal-qaranın 49,3 faizini inək və camışlar təşkil edir. Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 20,9 min ton (keçən il 23,5 min ton) quş əti və 296,6 milyon ədəd (keçən il 269,4 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10607,5 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 73 ədəd yumurta alınıb”, - deyə DSK-nın məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR