Ötən ay Azərbaycan meyvə-tərəvəz ixracından gəlirlərini 21% artırıb

Ötən ay Azərbaycan meyvə-tərəvəz ixracından gəlirlərini 21% artırıb
# 19 fevral 2024 13:30 (UTC +04:00)

2024-cü ilin yanvar ayı ərzində Azərbaycandan 54 milyon 611 min dollar dəyərində 49 min 606 ton meyvə-tərəvəz ixrac edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 21.2% və ya 9.5 milyon dollar, həcmi isə 21% və ya 8.6 min ton artıb. 2023-ci ilin ilk ayında Azərbaycan 45 milyon dollar dəyərində 40.9 min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 17 milyon dollar dəyərində xurma (21 min ton), 16.5 milyon dollar dəyərində tomat (11.8 min ton), 10.4 milyon dollar dəyərində meşə fındığı (1782 ton), 6.1 milyon dollar dəyərində alma (9.4 min ton ), 1.4 milyon dollar dəyərində nar ( 1709 ton), 88 min dollar dəyərində kartof (285 ton) olub.

Əlavə edək ki, cari ilin yanvar ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.96%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24.59%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR