Ötən ay qeyri-neft məhsulları arasında ən çox xurma ixrac olunub

Ötən ay qeyri-neft məhsulları arasında ən çox xurma ixrac olunub
# 30 noyabr 2023 15:41 (UTC +04:00)

2023-cü ilin oktyabr ayının qeyri-neft ixracı 15,4% artaraq 278,2 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 24,1% artımla 90,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 11,6% artımla 187,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (29,5 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (17,7 milyon ABŞ dolları) ikinci və qızıl (16,9 milyon ABŞ dolları) üçüncü olub.

2023-cü ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (94,1 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (44,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (26 milyon ABŞ dolları) üçüncü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR