Ötən il Azərbaycanda ət istehsalı artıb

Ötən il Azərbaycanda ət istehsalı artıb
# 17 yanvar 2024 13:22 (UTC +04:00)

2023-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 647,7 min ton ət, 2284,0 min ton süd, 2188,2 milyon ədəd yumurta, 15,1 min ton yun, 357,0 ton barama istehsal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, 2022-ci illə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 8,4 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,9 faiz azalıb.

2023-cü ildə hər inək və camışdan orta hesabla 1746 kiloqram (2022-ci ildə 1731 kq) süd sağılıb.

Bundan əlavə, DSK-nın məlumatında qeyd olunur ki, ilkin məlumatlara əsasən 2024-cü il yanvarın 1-dək ölkə üzrə 7081,6 min baş qoyun və keçi, 2502,4 min baş iribuynuzlu mal-qara, o cümlədən 1235,5 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın 49,4 faizini inək və camışlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR