Bank Of Baku

Ötən il Azərbaycanda iribuynuzlu mal-qaranın sayı azalıb 

Ötən il Azərbaycanda iribuynuzlu mal-qaranın sayı azalıb 
# 06 aprel 2022 15:30 (UTC +04:00)

2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanda bütün təsərrüfat kateqoriyaları üzrə 2 648 829 baş iribuynuzlu mal-qara mövcud olub. "APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il yanvarın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 1871 baş və ya 0,1% azalıb.
İnək və camışların sayı 7 483 baş və ya 0,6% artaraq 1 287 996 baş təşkil edib.
Hesabat dövründə inəklərin sayı 1,3% və ya 15,891 baş artaraq 1 227 215 baş, camışların sayı isə 12,1% və ya 8 408 baş azalaraq 60 781 baş təşkil edib.
Bununla yanaşı bütün təsərrüfat kateqoriyaları üzrə qoyun və keçilərin sayı bu ilin yanvarın 1-nə 7 899 686 baş olub ki, bu da bir il öncəki göstəricidən 189 964 baş və ya 2,3% azdır. Qoyunların sayı 169 559 baş və ya 2,3% azalaraq 7 314 166 baş, keçilərin sayı isə 20 405 baş və ya 3,4% azalaraq 585 520 baş təşkil edib.
2021-ci ildə ev quşlarının sayında azalma qeydə alınıb. Bu il yanvarın 1-nə ölkədə 29 623 866 baş ev quşu olub ki, bu da ötən ilin eyni göstəricisinə nisbətdə 551 946 baş və ya 1,8% azdır.

Bütün təsərrüfat kateqoriyaları üzrə digər heyvanların sayı:

2021-ci il

2020-ci il

2021-ci il 2020-ci ilə nisbətən, faizlə

Donuzların sayı, baş

5954

5877

101.3

Atların sayı, baş

58396

60405

96.7

Dəvələrin sayı, baş

332

209

1.6 d

Eşşəklərin sayı, baş

21047

23419

89.9

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR