Ötən il ölkədə balıq ovunun həcmi artıb

Ötən il ölkədə balıq ovunun həcmi artıb
# 15 mart 2024 11:12 (UTC +04:00)

Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2023-cü ildə ilkin məlumata görə 66452 ton balıq ovlanıb ki, bu da 2022-ci ildəkindən 1,1 faiz çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinin son açıqlanan hesabatına istinadən xəbərinə görə, 2023-cü ildə 313 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilən 3602,9 ton kvotaya qarşı 3597,1 ton balıq ovlanıb. Ovlanan balığın 3076,2 tonu kilkə, 99,0 tonu kütüm, 87,0 tonu kefal, 87,0 tonu siyənək, 56,8 tonu külmə, 38,2 tonu çəki, 34,4 tonu çapaq, 34,4 tonu dabanbalığı, 19,4 tonu sıf, 10,0 tonu şamayı, 4,9 tonu naxa, 2,0 tonu xəşəm, 1,5 tonu qarasol, 2,0 tonu xərçəng, 44,3 tonu digər balıq növlərinin payına düşüb.

Qeyd edək ki, 2023-cü ildə balıqçılar tərəfindən kvota üçün 185,2 min manat ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR