Bank Of Baku

Payızlıq əkinlərə görə fermerlərə 152 mln. manata yaxın subsidiya ödənilib

Payızlıq əkinlərə görə fermerlərə 152 mln. manata yaxın subsidiya ödənilib
# 07 aprel 2022 13:14 (UTC +04:00)

Bu günədək payızlıq əkinlərə görə 235 mindən çox fermerə 152 mln. manata yaxın subsidiya ödənilib.

Kənd Təsərrüfatı NazirliyindənAPA-Economics”ə verilən məlumata görə, aprelin 7-də Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən payızlıq əkinlərə görə 6424 fermerə, ümumilikdə 12,195 mln. manat subsidiya ödənişi həyata keçirilib.

Bu gün ödənilən subsidiyalar 59 709 hektar əkin sahəsini əhatə edir.

“Bununla da 2021/2022-ci il üçün ümumilikdə 768 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 151,7 mln. manatdan çoxdur”, - məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR