Rusiya Ermənistandan yerkökü toxumlarının idxalını qadağan edib

Rusiya Ermənistandan yerkökü toxumlarının idxalını qadağan edib
# 08 sentyabr 2023 14:39 (UTC +04:00)

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) 11 sentyabrdan etibarən Ermənistandan Rusiyaya yerkökü toxumu idxalına qadağa qoyub.

APA-Economics” “Rosselxoznadzor”un yaydığı məlumata istinadən xəbər verir ki, İrəvandan ixrac olunan toxumlarda aparılan fitosanitar nəzarəti zamanı Rusiya və Avrasiya İqtisadi Birliyi üzvü olan ölkələrdə karantin səbəbi ilə saxlanılan “zebra çipi” (Candidatus Liberibacter solanacearum) müəyyən edilib.

Məlumatda məhdudiyyətin Karantin və bitkilərin mühafizəsi üzrə beynəlxalq konvensiyanın VII maddəsinə əsasən tətbiq edildiyi bildirilir.

Qeyd olunur ki, Candidatus Liberibacter solanacearum bakteriyası əsasən kartof və yerköküyə təsir edən təhlükəli xəstəliyin törədicidir. Bütün dünyada bu məhsulların istehsalı ciddi təhlükə yaradır. Bu bakteriyaya yoluxmuş məhsul özünü çips və ya kartof qızardarkən tünd zolaqlar və ləkələr şəklində göstərir.
Yoluxmuş məhsulun iqtisadi zərəri (məhsul itkisi, ocaqların lokallaşdırılması və məhv edilməsi tədbirləri) 1,6 milyard rubl təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR