“Sara İnvest” Holdinq Azərbaycanda aqrar sahənin inkişafı mövzusunda seminar-müşavirə keçirib - FOTO

“Sara İnvest” Holdinq Azərbaycanda aqrar sahənin inkişafı mövzusunda seminar-müşavirə keçirib - FOTO
# 22 dekabr 2023 13:35 (UTC +04:00)

Bu gün “Sara İnvest” Holdinqə daxil olan “BİNƏ AGRO” QSC, “AGROLAND” QSC, “AGRO BİTKİ KİLNİKASI” MMC və “KRAUN KO-R” MMC-nin təşkilatçılığı ilə “Azərbaycanda aqrar sahənin inkişafında dövlət dəstəyi mexanizmləri, özəl sektorun rolu, istehsal və ixrac imkanlarının artırılmasının innovativ yolları” mövzusuna həsr olunmuş seminar-müşavirə keçirilib.

"APA-Economics" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, Bakı Dövlət universiteti, aidiyyatı dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirak etdiyi tədbirdə son illər Möhtərəm Pirezident cənab İlham Əliyevin ölkəmizdə aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğının ölkədə kənd təsərrüfatı sahəsində uğurlu nəticələrin əldə olunmasına, müasir yanaşmaların tətbiqi və yerli mütəxəssislərin yetişməsinə böyük təkan verdiyi vurğulanıb.

Tədbirin təşkilatçıları adından qonaqları salamlayan "Sara İnvest" Holdinqin baş direktorunun müavini Akif Əliyev bildirib ki, 2024-cü ildə ölkəmizdə bütün sahələrdə olduğu kimi aqrar sektorda da yeni layihələrin icrası, xüsusilə də azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edənlər dövlət tərəfindən özəl sektora yaradılan şərait, dövlət - özəl sektor əməkdaşlığının ilbəil gücləndirilməsi fonunda aqrar sahədə əldə olunan uğurlar, həmçinin kənd təsərrüfatı məhsullari ilə özünü təmin etmə səviyəsində və ixrac olunan məhsulların həcmində əhəmiyyətli artımın müşahidə edildiyini vurğulayıblar.

Tədbirdə "Sara İnvest" Holdinqə daxil olan “BİNƏ AGRO” QSC, “AGROLAND” QSC, “AGRO BİTKİ KİLNİKASI” MMC və “KRAUN KO-R” MMC-nin nümayəndələrinin məruzələri dinlənilib.

Tədbirin sonunda mövzu ilə əlaqədar geniş müzakirələr, gələcək əmədaşlığın perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR