Türkiyəli nazir: Azərbaycanın haqlı tələbləri növbəti dəfə qəbul edilib

Türkiyəli nazir: Azərbaycanın haqlı tələbləri növbəti dəfə qəbul edilib
# 26 sentyabr 2023 11:19 (UTC +04:00)

Azərbaycan Ordusu tərəfindən Qarabağda antiterror tədbirləri həyata keçirilib. Bu əməliyyat sürətli şəkildə başa çatdırılıb və Azərbaycanın haqlı tələbləri növbəti dəfə qəbul edilib.

"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ll Türk dövlətləri Aqro Biznes Forumunda çıxışı zamanı bildirib.

"Azərbaycan ilə Ermənistan arasında həyata keçirilən görüşlərin bölgədə sülh, təhlükəsizlik və rifahın təsis edilməsi üçün yeganə yol olduğuna inanırıq", - deyə qardaş ölkənin naziri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR