Bank Of Baku

Ukrayna bəzi məhsulların ixracına qadağa qoyub

Ukrayna bəzi məhsulların ixracına qadağa qoyub
# 09 mart 2022 12:41 (UTC +04:00)

Ukrayna hökuməti bəzi dənli bitkilərin, şəkər, duz və ətin ixracını qadağan edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Ukraynanın Nazirlər Kabinetinin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu ilin sonuna qədər çovdar, arpa, qarabaşaq yarması, darı, şəkər, duz və ətin ixracına qadağa qoyulub.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan Ukraynadan 4 min tondan çox şəkər (dəyəri 2,4 mln. dollar), 7,3 min ton duz (991 min dollar) və 24,6 min ton ət (42,3 mln. dollar) idxal edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR