Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına subsidiya ödənilməsi barədə qərar qəbul edilib

 Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına subsidiya ödənilməsi barədə qərar qəbul edilib
# 25 aprel 2013 14:41 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində nazir İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və mühərrik yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə «Aqrolizinq» ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

 

«APA-Economics»in məlumatına görə, iclasda Komissiyanın sədri, kənd təsərrüfatı naziri İ.Abasov çıxış edərək bildirib ki, 2013-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50%-nin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlər daxil olması davam edir. Komissiya 5 satıcı təşkilat, o cumlədən, «Aqrolizinq» ASC, «Aqrokimya» MMC, «Mikro Az Feed» MMC, «Aqrolayn Qrup»  MMC  və «Goranboy Kəndkimya» MMC üzrə 2 038 nəfər istehsalçıya 55 357,02 hektara görə 50% güzəştlə satılmış 9 583,17 ton mineral gübrə üçün 2,511 mln. manat dövlət vəsaitinin onların hesabına ödənilməsi barədə qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR