Bank Of Baku

İstanbulda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın kənd təsərrüfatı məhsullarının sərgisi keçiriləcək

 İstanbulda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın kənd təsərrüfatı məhsullarının sərgisi keçiriləcək
# 13 may 2013 07:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 26-28-də İstanbulda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın qida və kənd təsərrüfatı məhsullarının sərgisi keçiriləcək.

 

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, sərgi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəstəyi və Türkiyə Odalar və Borsalar Birliyinin təşkilatçılığı ilə keçiriləcək.

 

Sərginin keçiriləcəyi yer və stendlər, stend ilə bağlı texniki xidmətlər Türkiyə Odalar və Borsalar Birliyi tərəfindən ödənişsiz təqdim edilir. Hər bir ölkə üçün 100 kvadrat metrlik sahə nəzərdə tutulub.

 

Tədbirdə iştirak etmək istəyən sahibkarlar Azpromo-ya müraciət edə bilər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR