Bank Of Baku

Azərbaycan aqrar sektorun kreditləşdirilməsini stimullaşdıracaq

Azərbaycan aqrar sektorun kreditləşdirilməsini stimullaşdıracaq
# 13 dekabr 2012 13:18 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda kənd təsərrüfatı istehsalının sığortalanmasını stimullaşdırmaq məqsədilə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərbaycan-2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasında bildirilir.

 

Sənəddə deyilir ki, bu dövrdə lizinq xidmətlərinin göstərilməsi üçün qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi lizinq təşkilatlarının inkişafına və onların bazara daha asan daxil olmasına imkan yaradacaq ki, bu da lizinq təşkilatlarının infrastruktur və investisiya layihələrinin icrasında, kənd təsərrüfatının texnika təminatının daha münasib şərtlərlə yaxşılaşdırılmasında lizinqin payını artıracaq.

 

Sənədə əsasən, özəl bankların və kredit təşkilatlarının bu sektora kredit ayırmalarının daha da təşviqləndirilməsi mühiti yaratmaq üçün əlavə tədbirlər həyata keçiriləcək, o cümlədən kənd təsərrüfatının sığortalanması mexanizmi təkmilləşdiriləcək. «Nəticə olaraq, kənd təsərrüfatında məhsuldarlıq artacaq və kənd əhalisi qabaqcıl beynəlxalq təcrübə ilə daha yaxından tanış olacaq», - deyə sənəddə bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR