Bank Of Baku

Azərbaycan buğda istehsalını 7% artırıb

Azərbaycan buğda istehsalını 7% artırıb
# 17 iyul 2013 13:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu il Azərbaycanda payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər də daxil olmaqla, ümumilikdə 2,8 mln. ton taxıl istehsal olunacağı gözlənilir. İyulun 15-i vəziyyətinə, payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin ümumi sahəsinin (qarğıdalı istisna olmaqla) 88%-i və ya 905,1 min hektarı artıq biçilib və buradan 2,408 mln. ton məhsul toplanılıb. Ümumilikdə isə əkin sahəsi 1 033,2 min hektar təşkil edir. Bunu «APA-Economics»ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

 

Onun sözlərinə görə, 2013-cü ildə buğda əkilmiş sahənin 84%-i və ya 582,7 min hektarı artıq biçilib və 1,613 mln. ton buğda yığılıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il taxıl istehsalı sahəsində 1 hektarın məhsuldarlığı 26,4 sentnerdən 26,6 sentnerə, buğda üzrə isə 27,2-dən 27,7 sentnerə çatıb.

 

Qeyd edək ki, hazırda məhsul yığımı davam edir, taxıl istehsalı əsasən aran rayonlarında başa çatıb. Biçilməmiş 12% sahəni isə əsasən dağlıq və dağətəyi rayonlar təşkil edir.

 

Xatırladaq ki, 2012-ci ilə nisbətən bu il taxılın istehsalı 8,8%, buğda istehsalı isə 7,2% artıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR