Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabrın 1-dək Azərbaycanda tarlalardan qarğıdalı ilə birlikdə 2 800,4 min ton taxıl, 968,3 min ton kartof, 1 190,4 min ton tərəvəz, 665,1 min ton meyvə və giləmeyvə, 427,7 min ton bostan məhsulları, 124,7 min ton üzüm, 4,2 min ton tütün, 98,4 min ton şəkər çuğunduru, 550,3 ton yaşıl çay yarpağı toplanıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə qarğıdalı ilə birlikdə taxıl istehsalı 14%, pambıq istehsalı 16,8%, tütün istehsalı 19,7%, kartof istehsalı 3,3%, meyvə və giləmeyvə istehsalı 8%, üzüm istehsalı 8,4%, yaşıl çay yarpağı istehsalı 7,1%, tərəvəz istehsalı 0,5% artıb, bostan məhsulları istehsalı 10,5%, şəkər çuğunduru istehsalı isə 48,4% azalıb.
«Bitkiçilik məhsulları ilə yanaşı heyvandarlıq məhsulları istehsalı da dinamik olaraq artır. İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 387,2 min ton ət, 1 436,3 min ton süd, 997,3 mln. ədəd yumurta və 16,1 min ton yun istehsal olunub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,6%, süd istehsalı 5,5%, yumurta istehsalı 19,5%, yun istehsalı isə 1,8% artıb», - deyə Komitədən bildirilib.
Beləliklə bitkiçilik sahəsində məhsul istehsalı 6,5%, heyvandarlıq sahəsində 5,1%, kənd təsərrüfatının ümumi məhsulu ötən ilki səviyyədən 5,9% artıb.