Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında” sərəncam imzalayıb.
“APA-Economics”in xəbərinə görə, sərəncama əsasən, taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan “Aqrolizinq” ASC-yə 15 mln. manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.