Bank Of Baku

Azərbaycan Rusiyaya alma ixracını artırıb

Azərbaycan Rusiyaya alma ixracını artırıb
# 27 dekabr 2012 13:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiya son bir ildə Azərbaycandan alma idxalını 41% artırıb.

 

«APA-Economics»in Rusiya Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2012-2013-ci illər mövsümünün əvvəlində Rusiya Azərbaycandan 43 min ton alma idxal edib ki, bu da ötən ilə nisbətən 41% çoxdur. Ən maraqlısı odur ki, son 3 mövsüm ərzində bu, Rusiyanın ən yüksək alma idxalı göstəricisidir.

 

Proqnozlara əsasən, bütövlükdə bu mövsümdə Azərbaycandan Rusiyaya alma ixracı ötən ilin səviyyəsində (50 min ton) qalacaq. Almanın ümumi idxalının isə 15 min ton artacağı gözlənilir ki, bu da Rusiyada almaya olan tələbatın artması ilə əlaqədardır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR