Bank Of Baku

Azərbaycan şirkətləri Qərbi Qazaxıstanda logistika mərkəzinin yaradılmasında iştirak edə bilər

Azərbaycan şirkətləri Qərbi Qazaxıstanda logistika mərkəzinin yaradılmasında iştirak edə bilər
# 11 yanvar 2013 14:47 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. Azərbaycan şirkətləri Qərbi Qazaxıstanda logistika mərkəzinin yaradılmasında iştirak edə və bu mərkəz vasitəsilə regionun ərzaq təhlükəsizliyini təmin edə bilərlər.

 

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Qazaxıstan baş nazirinin müavini Krımbek Kuşebayevlə Bakıda keçirilən görüşündən sonra bildirib.

 

Onun sözlərinə görə, Qazaxıstanın qərb vilayətləri ilə əməkdaşlıq imkanlarını öyrənmək məqsədilə Azərbaycan nümayəndə heyətinin Aktauya səfəri və birgə biznes-forumun təşkili gözlənilir.

 

Nazir qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasındakı əməkdaşlıq qarşılıqlı hörmət və mənfəət prinsipləri üzərində qurulub: “Bu günədək tərəflər arasında 20-dən artıq sənəd imzalanıb, sadələşdirilmiş müqavilə-hüquq bazası yaradılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR