Bu, ötən illə müqayisədə 20,7% azdır. Belə ki, keçən il ölkədə 1 532 hektar tütün sahəsi əkilmişdir və nəticədə 4 312 ton tütün yığılmışdır. Bu il isə istehsala yaxın vaxtlarda başlanacaq. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sektor müdiri Rövşən Əliyev məlumat verilib.
Şöbə rəsmisi bildirib ki, 2013-cü ildə tütün əkininin azalmasına yağıntılı hava şəraiti və Zaqatala bölgəsində baş verən zəlzələ səbəb olub: «Ümumiyyətlə, tütünün istehsalı bütün dünyada ilbəil azalmağa doğru gedir. Artıq bir sıra ölkələrdə bu məhsula qadağalar qoyulur, ictimai yerlərdə çəkilməsi yasaqlanır. Eyni zamanda, alış da aşağı düşüb».
R.Əliyev qeyd edib ki, Zaqatalada yaradılan yerli «Inter-Tobacco» müəssisəsi müasir texnologiya əsasında qurulmuş zavodda Şəki, Zaqatala, Balakən və Qax rayonlarında müqavilələr əsasında tütünçülük sahəsində fəaliyyət göstərir: «Müəssisə dünya bazarının tələblərinə uyğun olaraq təxminən 1 000 hektara yaxın ərazidə tütün əkib. Burada Amerikanın «Burley» və «Virgine» ətirli tütün sortları, yəni xırda yarpaqlı tütün istehsal olunur».
Qeyd edək ki, Azərbaycan 1996-cı ildə tütünçülük sahəsində özəlləşdirmə həyata keçirib.