Bank Of Baku

Azərbaycan və Fransa kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını araşdırır

Azərbaycan və Fransa kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını araşdırır
# 26 fevral 2013 14:06 (UTC +04:00)

 

Bakı - APA-Economics. 50-ci kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Fransada səfərdə olan kənd təsərrüfatı naziri İsmət Abasov Fransanın Aşağı Normandiya regionuna səfər edərək bu regionun Fransa parlamentində deputatı, Azərbaycanın dostu xanım Natali Qulye, həmin regionun Orn vilayətinin prefekti Jan-Kristof Moro, vilayətin Alenson şəhərinin meri Yoaxim Pueyo ilə görüşüb.

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics” verilən məlumata görə, görüşlərdə kənd təsərrüfatı sahəsində konkret istiqamətlərdə ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparılıb.

 

Orn vilayətində yerləşən “Riches Monts və pendirlər” şirkətinin fəaliyyəti və istehsal prosesi ilə tanış olan nazir İsmət Abasov şirkətin məxsus olduğu texnologiyaların Azərbaycanda tətbiqi imkanlarını qarşı tərəflə müzakirə edib. Orn vilayətinin prefekturasında keçirilmiş mətbuat konfransında nazir Fransa ilə müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrinin genişləndirilməsinə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən böyük önəm verildiyini diqqətə çatdıraraq, bu səfərin əsas məqsədinin iki ölkə arasında kənd təsərrüfatı sahəsində konkret əməkdaşlıq istiqamətlərinin araşdırılmasından ibarət olduğunu bildirib.

 

Xocalı soyqırımı ilə bağlı jurnalistlərin suallarına cavab verən İ.Abasov bu faciəni insanlığa qarşı cinayət və bəşəriyyət tarixində ən ağır faciələrdən biri kimi qiymətləndirib. Nazir Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyinə dəstəklədiklərinə görə Azərbaycanın dostlarına təşəkkür edib.

 

Daha sonra İ.Abasov Orn vilayətində yerləşən Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun fəaliyyəti, genetika sahəsində həyata keçirilən tədqiqatlar, habelə Normandiya cinsinə məxsus olan inəklərin saxlandığı təcrübə ferması ilə tanış olub, bu cinsə məxsus olan inəklərin Azərbaycana idxal edilməsi imkanları müzakirə edilib.

 

Heyvanların süni mayalanması sahəsində ən böyük şirkətlərdən olan “İMV Technologies” şirkətində keçirilən görüşdə isə şirkətin məhsullarının Azərbaycana idxalının mümkünlüyü müzakirə olunub.

 

Orn vilayətinin Leql şəhərinin rəhbərliyi ilə görüşdə səfərin Azərbaycanla Fransa arasında dostluq əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcəyi bildirilib, eləcə də Leql şəhəri ilə Naftalan şəhərinin qardaşlaşması istiqamətində aparılan işlərin iki ölkənin digər şəhəri üçün örnək ola biləcəyini vurğulanıb.

 

Görüşdə nazir İ.Abasov Fransanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi səyləri, Fond tərəfindən Fransada həyata keçirilən layihələr və Azərbaycanın Fransada geniş təbliğatı nəticəsində bu ölkə ilə qarşılıqlı münasibətlərin yeni müstəviyə qədəm qoyduğunu qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR