Bank Of Baku

Azərbaycan və İsveçrə kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və İsveçrə kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir
# 31 iyul 2013 16:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfiri Paskal Obişer, İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şox və onun müavini Matias Feldman ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi olub. Nazir İ.Abasov Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirlərin və kənd təsərrüfatı sektorunda mütərəqqi dəyişikliklərin dəstəklənməsində İsveçrə hökumətinin müəyyən töhfəsiNİN olduğunu da vurğulayıb.

 

Qeyd edək ki, iki ölkə arasında heyvandarlıq məhsullarının qarşılıqlı ticarətini asanlaşdırmaq məqsədilə tərəflər arasında 8 adda baytarlıq sertifikatı nümunələri razılaşdırılıb. İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə aşağıdakı təkliflər diqqətə çatdırılıb: «İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın müqavilə hüquq bazasını yaratmaq məqsədilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və İsveçrənin müvafiq dövlət qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması imkanlarının araşdırılması, Azərbaycan və İsveçrə hökumətləri arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında və bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişlərin imzalanmasının sürətləndirilməsi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən məcburi köçkünlər və qaçqınların yaşayış tərzində potensialın artırılmasına yönəldilmiş pilot layihələrin məcburi köçkünlər məskunlaşmış digər rayonların yeni salınmış qəsəbələrində həyata keçirilməsi imkanlarına baxılması, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin İsveçrə Konfederasiyasının müxtəlif fermer təsərrüfatlarında təcrübə keçmələri və aqrar yönümlü universitetlərində magistratura təhsili almaları imkanlarına baxılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində təcrübə mübadiləsi, bitkiçilik məhsullarının istehsalı və toxumçuluq üzrə müasir texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi, ölkəmizə İsveçrədən damazlıq südlük və ətlik istiqamətli malın satın alınıb gətirilməsi imkanlarına baxılması, bitki mühafizəsi və heyvanların sağlamlığının qorunmasının təşkili sahəsində əməkdaşlıq imkanları araşdırılacaq».

 

Səfir Paskal Obişer səmimi qəbula görə minnətdarlığını bildirərək, fəaliyyəti dövründə hər iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün bundan sonra da öz səylərini əsirgəməyəcəklərini bildirib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR