Bank Of Baku

Azərbaycan və Latviya kənd təsərrüfatında əməkdaşlıq sazişi imzalayıb - FOTO

Azərbaycan və Latviya kənd təsərrüfatında əməkdaşlıq sazişi imzalayıb - <span style="color: red;">FOTO
# 25 aprel 2013 12:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Bakıda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri xanım Laimdota Straujumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov ölkədə aqrar sahədəki cari vəziyyət, göstəricilər, perspektivlər və inkişaf tendensiyaları barədə danışıb.

 

Nazir bildirilib ki, ötən il Azərbaycanın kənd təsərrüfatında artım 6,2%, bu ilin ilk rübündə 4,4% təşkil edib, ümumilikdə 2013-cü ildə isə təxminən 6-7%-lik artım gözlənilir. İ.Abasov bəyan edib ki, eyni zamanda sahənin potensialı böyükdür və bir neçə il ərzində 2 dəfəlik artıma nail olmaq mümkündür ki, bunun üçün müəyyən işlər aparılır və proses həm bitkiçilik, həm də heyvandarlığı əhatə edəcək.

 

İki ölkə arasında əməkdaşlığın dərinləşməsinə toxunan İ.Abasov bir sıra konkret istiqamətləri qeyd edib. Bura Azərbaycanda taxıl istehsalının məhsuldarlığının artırılmasında Latviya təcrübəsinin öyrənələrək istifadə edilməsi, Azərbaycanda tələbatdan artıq istehsal olunan aqrar məhsulların, məsələn, meyvə, tərəvəz, bostan məhsullarının Latviyaya ixracı, əksinə, tələbatdan az istehsal olunan aqrar məhsulların Latviyadan idxalı, baytarlıq və fitosanitar sahəsində əməkdaşlıq, Latviyadan Azərbaycana damazlıq cins mal-qaranın gətirilməsi kimi məsələlər aiddir.

 

Eyni zamanda L.Straujuma da Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bəyan edib və bunun təkcə hökumət deyil, həm də sahibkarlar səviyyəsində vacibliyini vurğulayıb.

 

Görüşdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair saziş imzalanıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR