Bank Of Baku

Azərbaycan və Litva arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalanıb - FOTO

Azərbaycan və Litva arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalanıb - <span style="color: red;">FOTO
# 19 yanvar 2013 15:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Litva Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Berlində (Almaniya) keçirilən kənd təsərrüfatı və bağçılıq üzrə «Beynəlxalq Yaşıl Həftə - 2013» sərgisində iştirak edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Azərbaycan pavilyonunun açılışında iştirak edib. Bu il sərgidə Azərbaycanı 30-a yaxın şirkət təmsil edərək, 250-dək çeşiddə müxtəlif kənd təsərrüfatı və ərzaq məhsullarını nümayiş etdirir. Nazir İ.Abasov daha sonra sərgi çərçivəsində Azərbaycan və alman iş adamlarının iştirakı ilə keçirilən Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatda çıxış edib.

 

Nazir həmçinin Litvanın kənd təsərrüfatı naziri Viqiliyus Jukna ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə əməkdaşlıq sazişi imzalanıb.

 

Bundan başqa İ.Abasov 20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar Azərbaycanın Berlindəki səfirliyində təşkil olunmuş tədbirdə iştirak edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR