Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan bu ilin sonuna 150 yeni taxılyığan kombayn alacaq.
«Aqrolizinq» ASC-dən “APA-Econmics”ə verilən məlumata görə, dövlət başçısının sərəncamı ilə ayrılan 15 mln. manat hesabına alınacaq yeni texnika Finlandiyadan tədarük olunacaq.
“Artıq qarşı tərəflər razılıq əldə olunub. İlin sonuna kimi Finlandiyadan 150 “SR 2045” (SAMPO) modeli olan kombaynlar gətiriləcək”, - deyə ASC-dən bildirilib.
Qeyd edək ki, hazırda ölkədə cəmi 2 660 kombayn var və bu texnikanın 1 300-dən çoxu və ya 50%-i yeni kombaynlardır. Qalan texnika isə 20 ildən artıq - SSRİ dövründən istismar olunanlardır.