Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda cari ilin dekabrın 1-nə kimi 900,1 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 890 min hektarda dən üçün payızlıq bitkilər səpilib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dən üçün payızlıq bitkilərin 619,3 min hektarını buğda, 270,7 min hektarını isə arpa təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 7,1%, o cümlədən buğda əkini 3,4%, arpa əkini 16,5% artıb.