Bank Of Baku

Azərbaycanda 9,5 min kənd təsərrüfatı istehsalçısına dövlət büdcəsindən 3,3 mln. manat vəsait ödəniləcək

Azərbaycanda 9,5 min kənd təsərrüfatı istehsalçısına dövlət büdcəsindən 3,3 mln. manat vəsait ödəniləcək
# 02 iyul 2013 14:20 (UTC +04:00)

Bakı. Aynur. Əliyeva – APA-Economics. Bu gün Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, iclas kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və mühərrik yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsinə həsr olunub. Bundan başqa, iclasda «Aqrolizinq» ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi də müzakirə olunub.

 

İclasda çıxış edən Komissiyanın sədri, kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, Nazirlər Kabinetinin qərarlarının icrasına uyğun olaraq 2013-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50%-nin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlər daxil olması davam edir.

 

Qeyd edək ki, Komissiya 4 satıcı təşkilat, o cümlədən, «Aqrolizinq» ASC, «Aqrokimya» MMC, «Mikro Az Feed» MMC və «NUR-AZE» MMC üzrə Nazirlər Kabinetinin «Aqrolizinq» ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydalarının bir sıra maddələrinə, eləcə də qərarlarına əsasən, 9 474 nəfər istehsalçıya 83 233,3 hektara görə 50% güzəştlə satılmış 14 487,7 ton mineral gübrə üçün 3,228 mln. manat büdcə vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR