Bank Of Baku

Azərbaycanda fermerlərə gübrələrin güzəştli satışına görə 2,5 mln. manatdan artıq subsidiyalar veriləcək - FOTO

Azərbaycanda fermerlərə gübrələrin güzəştli satışına görə 2,5 mln. manatdan artıq subsidiyalar veriləcək - <span style="color: red;">FOTO
# 14 fevral 2013 15:35 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə «Aqrolizinq» ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

 

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı naziri İ.Abasov qeyd edib ki, Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və «Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli Qərarlarının icrasına uyğun olaraq 2012-2013-cü illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50%-nin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlərin daxil olması davam edir.

 

Komissiya 9 satıcı təşkilat, o cümlədən «Aqrolizinq» ASC, «Aqrokimya» MMC, «İ.E.R.» MMC, «Azər Şəkər İstehsalat Birliyi» MMC, «MKT İK» MMC, «Pərviz İKF» MMC, «Aqrolayn QRUP» MMC, «Elçin» MMC və «Mikro Az Feed» MMC üzrə Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq olunmuş «Aqrolizinq» ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları»nın 1.2, 2.3 və 2.8 maddələrinə və «Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarının 2.1, 2.3 və 5-ci maddələrinə uyğun olaraq 4 215 nəfər istehsalçıya 56 172,42 hektara görə 50% güzəştlə satılmış 8 294,4 ton mineral gübrə üçün 2 503 342 manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi barədə qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR