Bank Of Baku

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi mexanizmində bəzi dəyişikliklər gözlənilir

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi mexanizmində bəzi dəyişikliklər gözlənilir
# 11 yanvar 2013 16:45 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov-APA-Economics. Azərbaycanda fermerlərə subsidiyaların verilməsi mexanizmində bəzi dəyişikliklər gözlənilir. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

 

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə subsidiyaları verilməsinin yeni qaydaları hazırlanır. Tapşırığa əsasən, yeni qaydalar subsidiyalardan daha səmərəli istifadə olunmasına imkan verməli və məhsul istehsalının artmasına səbəb olmalıdır.

Yeni qaydalar subsidiyaları verilməsi prosesində sənədləşdirilməni azaltmalı, prosesin daha şəffaf olmasına imkan yaratmalıdır.

 

İsmət Abasov bildirib ki, hazırda nazirliklər arasında müzakirə olunan təkliflərdə subsidiyalaşma mexanizminə bəzi dəyişikliklərin edilməsi nəzərdən keçirilir. Əvvəla, hazırda fermerlərə subsidiyalar ildə 2 dəfə - bir dəfə yanacaq və sürtgü yağlarına görə, və ikinci dəfə əkin sahələrinə görə verilir. Fermerlərin işini yüngülləşdirmək məqsədilə bu qaydanın dəyişdirilərək hər iki subsidiyanın eyni zamanda verilməsi təklif olunur.

 

Bundan başqa, indikindən fərqli olaraq gələcəkdə subsidiyalar yalnız sertifikatlı toxum əkən fermerlərə veriləcək. Bu da həm yığılan məhsulun keyfiyyətinin, həm də məhsuldarlığının artmasına imkan verəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR