Bank Of Baku

Azərbaycanda fermerlərin subsidiyalaşması mexanizminin təkmilləşdirilməsi təxirə düşüb

Azərbaycanda fermerlərin subsidiyalaşması mexanizminin təkmilləşdirilməsi təxirə düşüb
# 22 may 2013 12:08 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu bildirən kənd təsərrüfatı naziri İsmət Abasov subsidiyalaşma mexanizminin dəyişməməsindən təəssüfləndiyini qeyd edib.

 

İ.Abasov bildirib ki, yaxın vaxtlarda yanacaq və motor yağlarına görə subsidiyaların verilməsi üçün sənədlər dövlət komissiyasına daxil olacaq. Nazirin sözlərinə görə, bu il də fermerlərə subsidiyalar  ötən ilki qaydalarla veriləcək. Bununla bağlı Nazirliyin təkliflərinin hələ də qəbul olunmadığından təəssüflənən İ.Abasov bildirib ki, hələlik Kənd Təsərrüfatı Nazirliyi müvafiq qurumlara verdiyi təkliflər üzərində müəyyən istiqamətlərdə iş aparılır: «Bizim təkliflərimiz də nəzərə alınır. Əgər bu təkliflərin baxılması bu il başa çatdırılarsa, növbəti 2014-cü ildə subsidiyalar yeni qaydalar əsasında veriləcək». Nazir yeni mexanizmin tətbiqinin tezləşdirilməsinin vacib olduğunu bildirib.

 

Süni mayalanma və damazlıq işinin təşkil olunmasındakı subsidiyalara toxunan nazir qeyd edib ki, hər bir süni mayalanmadan alınmış heyvan başına mütləq subsidiya verilməlidir: «Eləcə də yerli damazlıq heyvanların satışına da müəyyən qədər subsidiyalar verilməlidir. Çünki əks təqdirdə ölkəyə gətirilən yüksək məhsuldar damazlıq heyvanlarla mövcud olan 2,7 mln. baş iri buynuzlu heyvanların cins tərkibini dəyişə bilmərik».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR