Bank Of Baku

Azərbaycanda ilk dəfə laktozasız süd istehsalına başlanılıb

Azərbaycanda ilk dəfə laktozasız süd istehsalına başlanılıb
# 30 may 2013 08:09 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda yeni süd məhsullarının istehsalına başlanılıb. Belə ki, ölkədə ilk dəfə olaraq yerli istehsalçı tərəfindən məşhur italyan dondurması – «Gelato», duru yoqurt və laktozasız süd istehsalı təşkil edilib.

 

İstehsalçı şirkətdən «APA-Economics»ə verilən məlumata görə, laktozasız süd mədəsində problem olan insanlar üçün nəzərdə tutulub və adi süddən fərqli olaraq, köp yaratmır. İstehsalına təqribən 2 ay əvvəl başlanmış laktozasız süd hələlik apteklərdə satılır, qiyməti adi südə nisbətən aşağıdır. Yaxın vaxtlarda onun satışının genişləndirilməsi nəzərdə tutulur. Şirkətin apardığı araşdırmalar göstərib ki, laktozasız südə əhalinin 15-20%-nin tələbatı var.

 

Duru yoqurt da hələlik yalnız həmin şirkət tərəfindən istehsal edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR