Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına subsidiyaların ödənilməsi üzrə Respublika Komissiyasının iclası keçirilib

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına subsidiyaların ödənilməsi üzrə Respublika Komissiyasının iclası keçirilib
# 24 iyul 2013 16:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə «Aqrolizinq» ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Nazirliyin məlumatında deyilir.

Bildirilib ki, Komissiyaya 60 rayon (şəhər) komissiyasından iyunun 1-nə istehsalçıların siyahıları və onlara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardım haqqında məlumatlar daxil olub. Komissiya 60 rayon (şəhər) komissiyası üzrə 393 663 istehsalçıya 1 435 117,67 ha əkin sahəsinə görə 57 404 706,8 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Komissiya 4 satıcı təşkilat, o cümlədən, «Aqrolizinq» ASC, «Aqrokimya» MMC, «Mikro Az Feed» MMC, «İ.E.R. Ltd» MMC və «Pərviz İKF» MMC üzrə 9 862 nəfər istehsalçıya 54 234,78 hektara görə 50% güzəştlə satılmış 10,4 mln. ton mineral gübrə üçün 2,619 mln. manat büdcə vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR