Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı istehsalı son bir ildə 5% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı son bir ildə 5% artıb
# 17 may 2013 13:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda kənd təsərrüfatının ümumi məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% artıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, aprel ayında yaz-tarla işləri davam etdirilərək may ayının 1-dək 262,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 23,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 18,8 min hektar sahədə dən üçün qarğıdalı, 55,6 min hektar sahədə kartof, 52,6 min hektar sahədə tərəvəz, 19,1 min hektar sahədə pambıq çiyidi, 18,5 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 6,3 min hektar sahədə dən üçün günəbaxan və 766 hektar sahədə tütün əkilib.

 

Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 2,5% artaraq 141,1 min tona, süd istehsalı 5,8% artaraq 557,9 min tona, yumurta istehsalı 15% artaraq 442,3 mln. ədədə çatıb, ötən ildəkindən 29,2% çox və ya 2 411 ton yun qırxılıb.

 

Bitkiçilik məhsullarından 41,5 min ton və ya 14% çox tərəvəz, 5,2 min ton və yaxud 18,9% çox kartof istehsal edilib.

 

«Hesabat dövründə bitkiçilik məhsulları istehsalı 9,8%, heyvandarlıq məhsulları istehsalı 4,6%, kənd təsərrüfatının ümumi məhsulu 4,8% artıb», - deyə Komitədən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR