Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı istehsalı 4,5% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı 4,5% artıb
# 13 sentyabr 2013 08:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatı sahəsində artım qeydə alınıb.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin sentyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2 806,9 min ton, yaxud keçən ilin müvafiq dövründə olduğundan 132,1 min ton çox taxıl, 736,3 min ton (29,5 min ton çox) kartof, 988,5 min ton (20,5 min ton çox) tərəvəz, 340,4 min ton (9,0 min ton çox) meyvə və giləmeyvə, 398,1 min ton (1,3 min ton çox) bostan məhsulları, 31,9 min ton (306 ton çox) üzüm, 2 169,4 ton (332,2 ton az) tütün, 399,3 ton (3,9 ton çox) yaşıl çay yarpağı toplanıb.

 

İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3,1% artaraq 304,7 min tona, süd istehsalı 7,1% artaraq 1 227,1 min tona, yumurta istehsalı 15,2% artaraq 914,6 mln. ədədə, yun istehsalı 4,2% artaraq 15,6 min tona çatıb.

 

Beləliklə, 8 ay ərzində iqtisadiyyatın aqrar bölməsində ötən ildə olduğundan 4,5% çox kənd təsərrüfatı məhsulları istehsal edilib, o cümlədən bitkiçilik məhsulları istehsalı 3,9%, heyvandarlıq məhsulları istehsalı 5,2% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR