Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,6% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,6% artıb
# 13 fevral 2013 07:32 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,6%, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 3,1% və 1,3%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3% artıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,1%, arpanın 0,5%, göyərtilərin 2%, kartofun 11,9%, pomidorun 0,4%, baş sarımsağın 0,1%, balqabağın 3,7%, quru otun 1,9%, yoncanın istehsalçı qiymətləri 0,7% artıb, kələmin istehsalçı qiyməti 0,2%, turpun 0,5%, cəfərinin istehsalçı qiyməti isə 0,4% enib. Çoxillik bitkilərdən almanın istehsalçı qiyməti 2,7%, narın 0,1%, xurmanın 0,4%, limonun 0,6%, naringinin 15,6%, heyvanın 1,6%, qozun 1%, fındığın 5,4%, şabalıdın istehsalçı qiyməti 13,9% artıb.

 

Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,7%, camışın 0,6%, hind toyuğunun 3,7%, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,3% və 1,2%, quş ətinin (diri çəkidə) 2%, südün 0,5%, təbii balın istehsalçı qiyməti 0,7% artıb: «Bu bahalaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,5%, yumurtanın istehsalçı qiymətləri isə 3,4% ucuzlaşıb».

 
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,5% artım müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR